Stok idarəsi “nə qədər malım var” sualından böyükdür. Düzgün stok o deməkdir ki, satmaq istədiyiniz mal vaxtında var, ölmüş qalıq pul bağlamır və sayım fərqi hər ay “sürpriz” olmur.

1. Minimum və maksimum ehtiyat

Minimum ehtiyat — bu həddən aşağı düşəndə alış sifarişi açılır. Maksimum — bundan yuxarı almaq anbarı və pulu bağlayır. Məsələn, həftədə 20 ədəd satılan malın minimumu 40, maksimumu 120 ola bilər. Rəqəmlər sizin dövriyyənizdən gəlməlidir, başqasının cədvəlindən yox.

2. Dövriyyə sürəti

90 gündür tərpənməyən SKU “var” görünsə də, puldur. Stok idarəsi belə sətirləri ayrıca siyahıya çıxarır: endirim, qaytarma təchizatçıya, və ya silinmə. Hamısını eyni rəfdə “nə vaxtsa satılarıq” deyərək saxlamaq anbarı anbar etmir, depo edir.

3. Sayım fərqi

FərqTez səbəbNə etmək
Sistem çox, rəf azSənədsiz çıxışÇıxış qaydasını bağlamaq
Rəf çox, sistem azQəbul yazılmayıbQəbulu mal gələn gün yazmaq
Təkrarlanan kodEyni mal iki kartKartları birləşdirmək

4. Zədələnmiş və nümunə mal

Vitrin nümunəsi və zədələnmiş ədəd satıla bilən qalıqda qalmamalıdır. Ayrı status və ya ayrı anbar məntəqəsi verin. Yoxsa satışçı olmayan malı satır, müştəri isə qutunu açıb görür.

5. Nümunə hesab

200 ədəd qalıq yazılıb, sayım 186 çıxıb. 14 ədəd “itki” deyil, sənədsiz hərəkətdir. Hər ədəd 15 ₼-dirsə, 210 ₼-lik iz yoxdur. Bu, stok yox, uçot boşluğudur.

6. FEE və stok

FEE.az-də qalıq şirkət və sənədlə eyni yerdə durur. CodexPi MMC layihəsi kimi stoku mühasibat ayından ayrı oyuncaq kimi saxlamırıq. Ehtiyat həddi və sayımı birlikdə də qura bilərik.