FEE hesabının silinməsi

FEE Mühasib, FEE Müştəri və FEE masaüstü tətbiqi üçün

Tətbiqdən

  1. FEE Mühasib-də Daha çox → Ayarlar → Hesabı sil, FEE Müştəri-də Ayarlar → Hesabın silinməsi bölməsini açın.
  2. Hazırkı şifrənizi daxil edib təsdiqləyin.
  3. 14 günlük gözləmə müddəti başlayır. Bu müddətdə eyni səhifədən silinməni ləğv edə bilərsiniz. Müddət bitəndə hesab silinir.

Hesab FEE-də açıq bir iş məkanının sahibidirsə, əvvəlcə iş məkanını başqa üzvə təhvil verin və ya bağlayın.

Tətbiq olmadan

Hesabın e-poçt ünvanından support@fee.az ünvanına “Hesabın silinməsi” mövzusu ilə yazın. Ünvanın sizə məxsus olduğunu yoxladıqdan sonra sorğunu eyni qaydada, 14 günlük gözləmə müddəti ilə icra edirik.

Nə silinir

Adınız, e-poçtunuz, telefonunuz, şifrəniz, iki addımlı təsdiq üsullarınız, cihazlarınızın adı və IP ünvanları. Bütün sessiyalar bitir, bildirişlər dayandırılır və hesaba daxil olmaq artıq mümkün olmur.

Nə qalır

Müştərilər, tapşırıqlar və sənədlər üzrə gördüyünüz iş firmanın iş məkanında qalır, çünki o məlumatlar firmaya məxsusdur. Vergi və mühasibat qanunvericiliyinin saxlanmasını tələb etdiyi qeydlər, təhlükəsizlik jurnalı və hansı şərtləri qəbul etdiyinizin qeydi qanunun müəyyən etdiyi müddətdə saxlanılır; bu qeydlərdə sizin adınız artıq göstərilmir.

Ətraflı: məxfilik siyasəti.