Məxfilik siyasəti

Son yenilənmə: 13.11.2026

Bu siyasət FEE xidmətinin (fee.az saytı, FEE Mühasib və FEE Müştəri mobil tətbiqləri və FEE masaüstü tətbiqi) hansı şəxsi məlumatları topladığını, nə üçün istifadə etdiyini və sizin hansı hüquqlarınız olduğunu izah edir. Sualınız varsa, support@fee.az ünvanına yazın.

1. Məlumatlara kim cavabdehdir

Öz hesabınızın məlumatları üçün FEE cavabdehdir. Mühasibat firmasının FEE-də öz müştəriləri və onların işçiləri haqqında saxladığı məlumatlar isə həmin firmaya məxsusdur: FEE onları firmanın adından saxlayır və emal edir, başqa məqsədlə istifadə etmir.

2. Hansı məlumatları toplayırıq

Reklam göstərmirik, məlumatları satmırıq və tətbiqlərdə izləmə analitikası yoxdur.

3. Cihaz icazələri

4. Məlumatları nə üçün istifadə edirik

Xidməti göstərmək (hesablar, iş məkanları, sənədlər, son tarixlər, bildirişlər), onu qorumaq (fırıldaqçılığın qarşısını almaq, bir neçə uğursuz girişdən sonra hesabı kilidləmək), ödənişləri aparmaq, dəstək müraciətlərinə cavab vermək və qanuni öhdəlikləri yerinə yetirmək üçün.

5. Məlumatları kimlə paylaşırıq

Yalnız FEE-nin işləməsi üçün lazım olan və müqavilə ilə bağlı olduğumuz xidmət təchizatçıları ilə: hostinq və fayl saxlama, e-poçt göndərişi, bildirişlər üçün Google Firebase Cloud Messaging, ödəniş provayderi və xəta hesabatları. İş məkanında məlumatları yalnız iş məkanının sahibinin icazə verdiyi üzvlər görür. FEE dəstəyi iş məkanına yalnız sahibin razılığı ilə baxa bilər və hər baxış jurnala yazılır. Dövlət orqanlarına yalnız qanun tələb etdikdə.

6. Məlumatları nə qədər saxlayırıq

Hesabınız mövcud olduğu müddətdə. Sənədlər və mühasibat qeydləri firmaya lazım olduğu və vergi və mühasibat qanunvericiliyinin tələb etdiyi müddətdə saxlanılır. Sessiya ən çoxu 90 gündən sonra bitir. Hesab silindikdən sonra şəxsi məlumatlar silinir və ya anonimləşdirilir; qanunun saxlanmasını tələb etdiyi qeydlər istisnadır.

7. Təhlükəsizlik

Bütün trafik HTTPS ilə ötürülür. Şifrələr heş şəklində saxlanılır; telefonda giriş tokenləri Android Keystore ilə şifrələnir. Fayllara yalnız qısamüddətli keçidlərlə daxil olmaq olur.

8. Hüquqlarınız

Məlumatlarınızı görmək, düzəltmək, yükləmək və silmək, bildirişlərə razılığı geri götürmək hüququnuz var. FEE Müştəri tətbiqində məlumatlarınızı Ayarlar → Məlumatlarımı yüklə bölməsindən yükləyə bilərsiniz; fayl 7 gün əlçatan qalır. Digər müraciətlər üçün support@fee.az ünvanına yazın.

9. Hesabın silinməsi

Hesabı tətbiqdən silə bilərsiniz: FEE Mühasib-də Daha çox → Ayarlar → Hesabı sil, FEE Müştəri-də Ayarlar → Hesabın silinməsi. Ətraflı: hesabın silinməsi.

10. Uşaqlar

FEE biznes xidmətidir və 16 yaşdan kiçik uşaqlar üçün nəzərdə tutulmayıb.

11. Dəyişikliklər

Bu siyasəti dəyişəndə yeni versiyanı bu səhifədə dərc edirik. Əhəmiyyətli dəyişiklikləri sizə e-poçt və ya tətbiq vasitəsilə əvvəlcədən bildirəcəyik.