Tapşırıq idarəsi (task management) komandanın hansı işi, kimə, nə vaxta qədər edəcəyini eyni siyahıda tutmaqdır. Anbar və mühasibatda bu, “to-do tətbiqi” bəzəyi deyil. Sayılmamış rəf, imzalanmamış qaimə və yaxınlaşan vergi tarixi eyni yerdə görünməyəndə iş itir.

WhatsApp-da “bunu da et” yazmaq tapşırıq deyil. Orada cavab qarışır, tarix unudulur, kim bitirdiyini sübut etmək olmur. Düzgün qayda belədir: hər işin sahibi, müddəti və “bitdi” meyarı var.

1. Hansı işlər tapşırığa düşməlidir?

  • Dövri sayım və təsadüfi yoxlama.
  • Qaimə, akt və qaytarmanın bağlanması.
  • Vergi və e-imza müddətləri.
  • Təchizatçı gecikməsi, zədələnmiş mal, ehtiyat həddi.

2. Tapşırıq ilə söhbətin fərqi

MəsələSöhbət / WhatsAppTapşırıq siyahısı
SahibKim oxuyubsaAdı yazılıb
Müddət“tez”Tarix və saat
BitməEmoji və ya sükutStatus: açıq / bağlı
TəkrarYenidən yazılırEyni kart yenilənir

Söhbət izah üçündür. Tapşırıq icra üçündür. İkisini eyni çatda tutmaq ayın sonunda “kim etməli idi?” sualını doğurur.

3. Sadə nümunə

Çərşənbə axşamı 40 SKU-nun sayılaçağı yazılıb. Sahib anbarçıdır, mühasib yoxlayır. Cümə günü 12 SKU qalıbsa, tapşırıq açıq qalır — “demək olar ki, oldu” statusu yoxdur. Bağlamaq üçün sayım aktı və sistem qalığı tutuşmalıdır.

4. Kimə nə düşür

Anbarçı fiziki işi, satış rezerv və vədi, mühasib sənəd və tarixi tutur. Eyni tapşırığı üç nəfərə vermək heç kimə verməkdir. Bir əsas sahib, bir yoxlayan kifayətdir.

5. FEE-də tapşırıq

FEE.az-də tapşırıq vergi tarixi, şirkət və əməliyyatla eyni iş sahəsində qalır. CodexPi MMC layihəsidir. Məqsəd ayrıca kanban lövhəsi yox, uçotun yanında bitməyən işi göstərməkdir. Siyahını oturtmaq lazımdırsa, zəng və WhatsApp açıqdır.